Ötən mövsümün son ev oyunlarını Qəbələdə keçirən "Kəpəz" yeni mövsümə Gəncədə başlayacaq.

 

Rekord.az-a daxil olan son məlumata görə, bununla bağlı AFFA və FHN ilkin razılıq verib.

 

Qazon hazırda yaxşı vəziyyətdədir. Klubun futbol akademiyası da demək olar ki, hazır olduğundan oranın soyunub-geyinmə otaqlarından istifadə etmək olar. Yalnız tribunaların qəzalı vəziyyəti davam etdiyindən azarkeş sayında yenə məhdudiyyət qoyulacaq.