2024-cü ilə qədəm qoysaq da, "Kəpəz"in sponsor məsələsi hələ də həll olunmayıb.

Rekord.az-a daxil olan məlumata görə, bu gedişlə komanda ən azı mövsümün sonuna kimi sponsorsuz qalacaq.

Çünki daha öncə danışıqlar aparılan bir neçə şirkət də son anda geri çəkilib. Hazırda komanda dövlətin AFFA-nın vasitəsi ilə verdiyi 3 milyon manatdan və İlqar Nadirinin cibindən xərclədiyi pulunu ümidinə qalıb.