“Kəpəz”in analitiki fiziki təzyiq göstərməyə cəhdə görə cəzalandı
- 28 Avq 2024 16:15
- 206
AFFA İntizam Komitəsi "Kəpəz" klubunun analitiki İlkin Verdiyevi cəzalandırıb.
Rekord.az xəbər verir ki, buna onun Azərbaycan Premyer Liqasının 4-cü turunun “Səbail”lə səfər oyunu bitdikdən sonra KİV nümayəndəsinin çəkiliş aparmasına mane olması və ona fiziki təzyiq göstərməyə cəhd etməsi səbəb olub.
İntizam Komitəsi İlkin Verdiyevi ikisi şərti olmaqla 5 oyun cəzalandırıb, “Kəpəz” klubu isə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Qarşılaşma "Səbail"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.