![photo](https://www.rekord.az/storage/uploads/4/kepez1-4.jpg)
“Kəpəz”in Bakı toplanışı başa çatdı
- 26 İyl 2023 15:30
- 469
“Kəpəz”in Bakıda keçirdiyi təlim-məşq toplanışı başa çatıb.
Rekord.az xəbər verir ki, toplanış dövründə gündə iki dəfə məşq edən "sarı-göylər" fiziki və texniki-taktiki çalışmalara diqqət ayırıblar.
Komanda üzvləri iki günlük istirahətə buraxılıblar. Məşqlər iyulun 28-də Gəncədə bərpa olunacaq. İyulun 30-da Azər Məmmədovun yetirmələri əvəzedicilər ilə qarşılaşacaqlar.