Məlum olduğu kimi, "Kəpəz" növbəti mövsümdən premyer-liqada çıxış edəcək. Görəsən, klubun elita ilə bağlı planları necədi? Baş məşqçi və futbolçular haqda hansı qərarlar veriləcək?

Rekord.az xəbər verir ki, “Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün "Kəpəz"in icraçı direktoru İlqar Nadiri ilə əlaqə saxlayıb.
 

Klub rəsmisi məsələyə belə aydınlıq gətirib: "Birinci diviziona yeni yekun vurulub. Növbəti mövsümdən premyer-liqada oynayacağımız üçün dəyişikliklərin olması mütləqdi. Elitada layiqli mübarizə aparmaq üçün əlavə sponsorlar tapmalı, heyətə təcrübəli futbolçular cəlb etməliyik. Baş məşqçi Yaşar Vahabzadənin postunda qalıb-qalmayacağına və digər məsələlərə bir həftə sonra baş tutacaq iclasda aydınlıq gələcək"