Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz"in düşərgəsində kifayət qədər yeni sima var.

Rekord.az xəbər verir ki, söhbət tək təcrübəli və legioner futbolçulardan getmir.

Belə ki, əvəzedici komandadan 9 futbolçu da əsas komandanın hazırlıqlarına cəlb olunub. Bunlar Nizami Səmədov, Ümid Səmədov, Nicat Məmmədov, Nihat Fərəci, Arzu Atakişiyev, Cavad Kərimov, Röyal Məmmədov, Nemət Musayev, Nicat Verdiyevdi.