Azərbaycan Əvəzedicilər liqasında 3-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

“Kəpəz-2” “Turan Tovuz-2″ni qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər görüşləri 20-21 avqust tarixlərində oynanılacaq.

Əvəzedicilər Liqası
3-cü tur

19 avqust (şənbə)

“Kəpəz-2” – “Turan Tovuz-2” – 0:2
Qollar: Taleh Həsənov, 19, Dinamin Bağırov, 39
Gəncə şəhər stadionu (ehtiyat meydança)