Bir neçə gün əvvəl I Divizionda mübarizə aparan "Kəpəz"in növbəti mövsüm üçün forma problemiylə üzləşə biləcəyi haqda xəbər vermişdik. Belə ki, federasiyasının Gəncə təmsilçisinə yeni dəst geyim göndərmək imkanı olmadığı barədə məlumat əldə etmişdik. Görünən odu ki, bu məsələ öz həllini tapmaqdadı.

 

"Kəpəz"in mətbuat katibi Azad Mustafayev redaksiyamızla əlaqə saxlayıb. O qeyd edib ki, klubun forma problemi yoxdu: "Yeni mövsüm formalarımızı sifariş vermişik. Onların gələn həftə düşərgəmizə çatdırılması gözlənilir. "Kəpəz"in forma problemi yoxdu. Xüsusilə də bu çətin günlərdə möhkəm və məğrur dayanmışıq, həm cəbhədə, həm də futbol meydanlarında qələbəyə köklənmişik".