“Kəpəz”in futbolçuları tibbi müayinədən keçdi
- 10 Yan 2020 20:00
- 811
Birinci Divizionda ikinci dövrənin hazırlıqlarına start verən “Kəpəz”in əsas komandasının futbolçuları tibbi müayinə olunublar.
Rekord.az xəbər verir ki, komanda üzvləri şəhərdə özəl klinikaların birində sağlamlıq vəziyyətlərini yoxlatdırmaq üçün müvafiq prosedurdan keçiblər.
Qeyd edək ki, “Kəpəz”in futbolçuları, məşqçilər korpusu və texniki heyəti yanvarın 7-də Gəncə şəhər stadionunda təlim-məşq toplanışı üçün bir araya gəlib. “Sarı-göylər” çempionatın ikinci dövrəsinə hazırlığı arenanın yeni istifadəyə verilən süni örtüklü meydançasında davam etdirir.