"Kəpəz" klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.


Rekord.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.


Müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.