“Kəpəz”in futbolçusu kollektiv məşqlərə qoşuldu
- 18 Dek 2024 22:30
- 65
"Kəpəz"in bir müddət zədəli olan futbolçusu Luis Paçu sağalaraq kollektiv məşqlərə qoşulub.
Rekord.az xəbər verir ki, ötən həftə fərdi halda çalışan hücumçu "Neftçi" ilə oyunu buraxmaq məcburiyyətində qalmışdı.
Məşqçilər korpusunun qərarına uyğun olaraq Paçu "Sumqayıt"la qarşıdakı matçda oynamaq imkanı əldə edə bilər.
Forvard "Zirə"yə qarşı ev oyununda zədələnərək əvəzlənmişdi.