Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Kəpəz” klubunun futbolçusu Turan Manafov mükafatlandırılıb.


Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.


Müdafiəçinin "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu birinci qol ən yaxşı seçilib.


Yanvar ayının ən yaxşı qolunun müəllifinə mükafat 26-cı turun "Sumqayıt" - "Kəpəz" oyunundan əvvəl təqdim edilib.