“Kəpəz”in futbolçusu üçün əlamətdar oyun
- 13 Noy 2024 12:40
- 69
Misli Premyer Liqasının 13-cü turunda baş tutan "Kəpəz" - "Sabah" görüşü (2:2) Gəncə təmsilçisinin futbolçusu Orxan Əliyev üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu "sarı-göylər"in heyətində 50-ci çempionat matçına çıxıb.
Bu oyunlarda 6 qol vuran Orxan Əliyevin məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib. Hücumçu daha əvvəl "Neftçi" ilə görüşdə dubla imza atıb.
"Kəpəz" hazırda turnir cədvəlində 7 xalla 10-cu yerdə qərarlaşıb.