Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Zirə” daha bir futbolçu ilə anlaşıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kəpəz”dan ayrılan Junior Martins paytaxt təmsilçisi ilə 3 illik müqvailə bağlayıb.

24 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsini ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında çıxış edib.