AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, bu gün baş tutan iclasda Əvəzedicilər Liqasının 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Kəpəz-2” – “Neftçi-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Kəpəz-2” komandası 100 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda polis əməkdaşları vaxtından əvvəl stadionu tərk etdiyinə görə “Kəpəz-2” komandası 200 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 6 nömrəli futbolçusu Nemət Musayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə aldığı üçün 2 oyun cəzalanıb, komanda 150 manat cərimə edilib.

“Sabah-2” – “Qəbələ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusun sarı vərəqə ilə cəzalandığına görə “Sabah-2” komandası 70 manat cərimə edilib.