Yeni mövsümün hazırlıqlarına başlayan "Kəpəz" hələ ki, yalnız yerli futbolçularla müqavilə bağlayır.

Rekord.az xəbər verir ki, legionerlərlə müəyyən danışıqlar aparılsa da, heç bir razılıq əldə etmək mümkün olmayıb.

Heç ilkin razılıq da əldə olunmayıb. Səbəb isə maliyyə məsələsidir. Belə ki, rəhbərliyin maraqlandığı legionerlər klubun imkanlarının qat-qat üstündə maaş tələb edir. Bu gedişlə Gəncə təmsilçisi növbəti mövsüm daha çox yerli futbolçuların ümidinə qalacaq.