“Kəpəz”in legionerinin zədəsi ciddi deyil
- 11 Dek 2024 15:30
- 79
"Zirə" ilə oyunda zədələnərək meydanı erkən tərk edən “Kəpəz”in futbolçusu Paçu Lira MRT müayinəsindən keçirilib.
Rekord.az xəbər verir ki, bu barədə Gəncə klubu məlumat yayıb.
Klubun tibbi xidmətindən verilən məlumata görə, hücumçuda ciddi bir şey aşkarlanmayıb. Yüngül formada əzələ dartılması olan Paçu bu gün fərdi halda məşq edəcək. Sabahdan isə kollektiv məşqlərə qoşulacaq.