Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2-ci turun oyun cədvəli açıqlanıb.

Rekord.az xəbər verir ki, bu həftə keçiriləcək oyunlardan birinin meydan sahibi dəyişdirilib.

"Kəpəz" - "Sabah-2" qarşılaşması paytaxt təmsilçisinin meydanında keçiriləcək. İkinci dövrədə isə komandalar Gəncədə üz-üzə gələcək. Gəncə şəhər stadionunda aparılan renovasiya işləri ilə əlaqədar 1-ci dövrənin görüşü "Sabah-2" - "Kəpəz", II dövrənin oyunu isə "Kəpəz" - "Sabah-2" olaraq dəyişdirilib.

Birinci Divizion
2-ci tur

15 oktyabr

MOİK – “Turan Tovuz”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 13:00

16 oktyabr

“Sabah-2” – “Kəpəz”
“Bank Respublika Arena” (ehtiyat meydança), 13:00

“Zaqatala” – “Neftçi-2”
Zaqatala şəhər stadionu, 15:00

“Qarabağ-2” – “Qaradağ Lökbatan”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00

“Keşlə-2” - “Sumqayıt-2”
“ASK Arena”, 15:00