"Kəpəz"in veteran futbolçusu vəfat edib
- 13 Noy 2023 16:30
- 270
"Kəpəz" klubunun veteran futbolçusu İsmayıl Hüseynov dünyasını dəyişib.
Rekord.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Sarı-göylər" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib və onun yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, İsmayıl Hüseynov Yunis Hüseynovun qardaşıdır.