
“Kəpəz"in yarımmüdafiəçisi Tacikistan millisinə çağırıldı
- 11 Mar 2025 17:15
- 61
"Kəpəz"in yarımmüdafiəçisi Şervoni Mabatşoev qarşıdakı iki oyun üçün Tacikistan millisinə çağırılıb.
Rekord.az xəbər verir ki, Tacikistan komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək.
Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə mərhələsində Timor-Leste ilə qarşılaşacaq.
Hər iki görüş Düşənbə şəhərində baş tutacaq.