Fevralın əvvəlində açıqlama verən Mehman Allahverdiyev “Kəpəz”ə sposnorluq etmək istəyən iş adamının olduğun söyləmişdi. Onu da bildirmişdi ki, Rusiyada yaşayan Şahin Məmmədov Gəncə təmsilçisinə yatırım etmək istəyir.

 

Rekord.az xəbər verir ki, Mehman bəy Rusiyada yaşayan bisnesmenin fevralın sonlarında Gəncəyə gələcəyini və həmin vaxt görüşüb ətraflı müzakirələr aparacaqlarını da vurğulamışdı.

Allahverdiyevin dediyi vaxtda onunla yenidən əlaqə saxlayıb Məmmədovla görüşüb-görüşmədəyini soruşduqda məlum oldu ki, iş adamının müəyyən işləri çıxdığından ötən ayın sonunda vətənə dönüşü alınmayıb və Gəncəyə səfəri Novruz bayramına planlaşdırılıb.

Bugünlərdə Gəncədəki etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Məmmədov bayram tətili üçün Azərbaycana gəlib.

Onunla görüşün baş tutub-tutmadığını aydınlaşdırmaq üçün dünən Allahverdiyevi aradıq. Ancaq Gəncə futbolunun “xaç atası” gün ərzində zənglərimizə cavab vermədi. Bu məsələyə yenidən toxunacağıq (Futbol+).