“Kəpəz”in zədəli futbolçusu komanda ilə məşqlərə qoşuldu
- 12:14
- 21
"Kəpəz" klubunun uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev komanda ilə məşqlərə qoşulub.
Rekord.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi 10 gün fərdi şəkildə çalışdıqdan sonra kollektivə qatılıb.
Tibb xidmətinin son müayinəsinin ardından ona komanda ilə birgə məşqlərə başlamasına icazə verilib.
Elmir Tağıyev ötən mövsümdən "Kəpəz"in formasını geyinir. Gəncə klubu sabah Azərbaycan Premyer Liqasının 12-ci turunda "Səbail"lə üz-üzə gələcək.