"Keşlə"yə qarşı ölkə kubokunun ¼ final mərhələsinin cavab matçının sonlarında zədələnərək əvəzlənən "Kəpəz"in futbolçusu Ruslan Süleymanovun durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, stadiondan xəstəxanaya aparılan yarımmüdafiəçi

MRT müayinəsindən keçib. Məlum olub ki, gəncəli oyunçunun diz oynaq nahiyəsində bağlar və vətərlərdə kəskin dərəcədə dartılma olub, ödəm yaranıb.

Süleymanovun müalicəsi 3 həftə davam edəcək.