Misli Premyer Liqasının 26-cı turunda "Kəpəz"lə matçdan əvvəl "Neftçi"nin zədəli futbolçularının son durumu açıqlanıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fərdi hazırlıq keçən yarımmüdafiəçi Azər Əliyevin növbəti həftədən komanda ilə məşqləri bərpa edəcəyi planlaşdırılır.

Qapıçı Emil Balayev, həmçinin Fələstin millisində zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə prosesini davam etdirirlər.

Martın 9-da keçiriləcək "Kəpəz" - "Neftçi" görüşü saat 15:00-da başlayacaq.