Birinci Divizionda mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən “Kəpəz” növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, sözügedən komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında Birinci Divizionun digər təmsilçisi “Turan Tovuz” ilə qarşılaşıb. 

Görüş 1:1 hesabı ilə nəticələnib. Hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə “sarı-göylər” hesabı açıb. Meydana əvəzetmədən daxil olan yeni transfer Tural Qürbətov fərqlənib. Rəqib final fitinə kimi bərabərliyi yaxalayıb. Əzəmət Ələkbərli son nəticəni müəyyənləşdirib.