İspaniya La Liqasının 7-ci turunda “Real” “Barselona”ya 3:1 hesabı ilə qalib gəlib.

Rekord.az xəbər verir ki, bu qələbə “kral klubu”nun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Belə ki, bu, fransalı futbolçunun “Real”ın heyətində La Liqadakı 250-ci qələbəsi olub.

Madrid təmsilçisinin heyətində 2009-cu ildə debüt edən futbolçu, La Liqada keçirdiyi 355 oyunda 170 qol vurub.