Gəldiyi ilk gündən “Sabah”ın aparıcı üzvlərindən olan və hətta kapitan sarğısını daşıyan Kərim Diniyevin işləri hazırda qaydasında getmir.

Rekord.az xəbər verir ki Bəhlul Mustafazadənin gəlişindən sonra əsas heyətdəki yerini itirən Kərim hazırkı durumundan narazıdır.

Əldə etdiyimiz məlumata görə hər şey bu cür davam edəcəyi təqdirdə müdafiəçi “Sabah”dan ayrıla bilər.