Azərbaycanın daha iki paracüdoçusu Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Rekord.az xəbər verir ki, +70 kq çəkidə yer alan Xatirə İsmiyeva (J1 kateqoriyası) üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Kristella Qarsiya ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan İsmiyevə turniri mükafatsız başa vurub.

+70 kq çəkidə mübarizə aparan idmançı Dürsədəf Kərimova (J2 kateqoriyası) da yarışı medalsız başa vurub. O, üçüncü yer uğrunda görüşdə çinli Honqyu Vanq ilə üz-üzə gəlib. Rəqibinə uduzan Kərimova mükafat qazana bilməyib.

Daha öncə paracüdoçumuz İlham Zəkiyev bürünc medal görüşündən qalib ayrılmışdı.