“Keşlə” 1600 manat cərimə olundu - Meydana azarkeş çıxdığına görə
- 12 Noy 2021 14:41
- 443
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Rekord.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 10-cu turunun “Sabah” – “Zirə” oyununda “Sabah”ın futbolçusu Xuan Kamara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Premyer Liqanın 10-cu turunun “Keşlə” – “Neftçi” oyununun 86-cı dəqiqəsində azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
Premyer Liqanın 10-cu turunun “Səbail” – “Qəbələ” oyununda “Səbail”in futbolçusu Yurqen Qoxa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Birinci Divizionun 5-ci turunun “Səbail-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Nicat Oruclu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.