Ölkə kubokunu qazanaraq son anda avrokuboklara vəsiqə qazanan “Keşlə” yenə kütləvi şəkildə legioner axtarışına çıxıb.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi artıq 5 əcnəbi futbolçu ilə danışıqlara başlayıb.

Həmin futbolçuların əksəriyyəti ön xətt oyunçularıdır. Danışıqları Zaur Axundovun dəstəyi ilə Ceyhun Sultanov aparır.