"Keşlə" Ağabala Ramazanovu istəyir
- 16 Dek 2019 18:00
- 1921
Heyətini gücləndirməyi planlaşdıran "Keşlə" milli komandanın və "Səbail"in üzvü Ağabala Ramazanova “elçi düşüb”.
Rekord.az xəbər verir ki Tərlan Əhmədov 26 yaşlı hücumçunu sərəncamında görmək istəyir.
Artıq klub rəhbərliyi ilə futbolçu arasında danışıqlar da olub. Ancaq tərəflər maliyyə məsələsində hələ ki ortaq məxrəcə gələ bilməyiblər. Ağabala "Keşlə" "İnter" adlanarkən yarım il bu klubun şərəfini qoruyub. 2016/17 mövsümünün ilk yarısında meydana çıxdığı 13 oyunda 4 qol vurub.
Qeyd edək ki, Ağabala Ramazanov "Şerif"in də maraq dairəsinə düşüb. Ancaq futbolçu Moldova klubunun təklifini müsbət cavablamağa tələsmir. ("Futbol plus" qəzeti)