"Keşlə" baxışa çağırdı legionerlə bağlı qərarını verdi
- 01 Sen 2021 18:00
- 781
"Keşlə" baxışa çağırdığı legioneri geri göndərib.
Rekord.az xəbər verir ki, bu haqda sport24.az-a məlumat verən paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov Diamant Ramazanini bəyənmədiklərini bildirib.
Belə ki, Burundi yığmasının futbolçusu uzun müddət klubsuz qaldığından hazır olmayıb və məşqçilər korpusunun etimadını qazana bilməyib. Ona görə də 22 yaşlı cinah yarımmüdafiəçisi saxlamaq lazım sayılmayıb.
Onu da bildirək ki, Ramazani Belçikada dünyaya gəlsə də, Burundi yığmasının üzvüdü.