“Keşlə” hazırda 3 əcnəbi futbolçu ilə danışıq aparır.

Lakin Rekord.az-a daxil olan məlumata görə, klub futbolçuların heç biri ilə razılığa gələ bilmir.

Səbəb isə birbaşa maliyyəyə bağlıdır. İş ondadır ki, futbolçular klubdan yüksək əmək haqqı tələb edir. Etibarlı mənbədən ötürülən məlumata görə, əcnəbilər “Keşlə”dən minimum 10 min dollar aylıq maaş tələb edir. Keşlə təmsilçisi isə ən yaxşı halda 7 min dollar vermək iqtidarında olduğunu bildirib. Məsələ hələ ki, açıq olaraq qalır.