“Keşlə” də məşqləri dayandırdı
- 04 Mar 2020 16:42
- 765
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Rekord.az xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə 2020-ci ilin mart ayının 4-dən 10-dək "Keşlə" Futbol Akademiyasının bütün məşqləri ləğv olunub.
Xatırladaq ki, daha öncə “Zirə”, “Neftçi”, “Qarabağ” və “Sumqayıt” da futbol akademiyalarında məşqlərin dayandırıldığını açıqlamışdı. AFFA isə U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olmasını nəzərə alaraq, qeyd olunan turnirlərin oyunlarını 2020-ci il martın 10-dək təxirə salıb.