Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən “Keşlə” də bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.

Rekord.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv “Qaradağ Lökbatan”la qarşılaşıb. Birinci Divizion təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilib. 

Oyunda qalib müəyyənləşməyib – 1:1. “Keşlə”nin yeganə qolunu Lorenso Frutos rəqib qapısından keçirib.

Yoxlama oyunu
12 oktyabr

Keşlə – Qaradağ Lökbatan 1:1