Milli komandaların oyunları əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə zamanı “Keşlə” də yoxlama görüşündə qüvvəsini sınayacaq.

Rekord.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı kollektiv Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan"la üz-üzə gələcək.

Qarşılaşma oktyabrın 12-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.