"Keşlə" komandadan ayrılan Con Kamaraya 25 min avroya yaxın təzminat ödəyəcək.

Rekord.az xəbər verir ki, klubla müqaviləsi olduğu halda göndərilən futbolçu klubu FİFA-ya şikayətlə hədələmişdi.

"Keşlə" rəhbərliyi öncə bunu ciddi qəbul etməsə də sonradan futbolçunun şikayət məktubu göndərməyə hazırlaşdığını görüncə təzminat ödəməyə razılıq verib.