Ötən mövsüm ölkə kubokunun qalibi olan "Keşlə"nin futbolçuları qazandıqları titula görə vəd olunan pul mükafatını hələ də ala bilmir.

Rekord.az xəbər verir ki, final oyunundan 4 aydan artıq vaxt keçib. Rəhbərlik bu müddətdə müxtəlif bəhanələrlə günü-günə satmaqla məşğuldur.

Sonuncu dəfə futbolçulara söz verilib ki, Konfrans Liqasında iştiraka görə UEFA-dan gələcək pulla mükafatlar ödənəcək. Amma bu vəd də sonda puça çıxıb.

UEFA artıq neçə həftədir AFFA vasitəsi ilə pulu klubun hesabına köçürsə də rəhbərlikdən yenə səs-soraq çıxmayıb.

Dərdlərini kimə deyəcəklərini bilməyən futbolçuların isə çarəsiz halda gözləməkdən başqa yolları qalmayıb. (sportinfo.az)