"Keşlə" rəhbərliyi koronavirus səbəbindən məşqlərin və oyunların dayandırılmasına görə futbolçuların maaşının yarısını kəsmək istəyir.

Rekord.az-a daxil olan məlumata görə, söhbət aprel ayının maaşından gedir.

Karantinin aprelin 20-də bitəcəyini nəzərə alsaq, ölkə çempionatı ən yaxşı halda aprelin sonu, mayın əvvəli bərpa oluna bilər. "Keşlə" rəhbərliyi də məhz bu səbəbdən aprel ayı üçün futbolçulara tam maaş ödəmək istəmir. Əldə etdiyimiz məlumata görə, bu haqda xəbər tutan aparıcı futbolçular, xüsusilə də legionerlər buna qarşı çıxır. Yekun qərar isə hələlik verilməyib.