“Keşlə” ilə işimizin çətin olacağını bilirik”
- 21 Avq 2020 17:24
- 489
“Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Laçi” yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Albaniya təmsilçisi “Apoloniya” ilə qarşılaşıb və görüş “Laçi”nin 1:0 hesablı qələbəsiylə başa çatıb.
“Laçi”nin baş məşqçisi Armando Kunqu oyundan sonra yerli mətbuata açıqlama verib:
“Ümumiyyətlə, ilk hissədə komandamdan razı qaldım. Bəzi imkanlarımız olsa da, bundan istifadə edə bilmədik. Azərbaycan klubu ilə işimizin çətin olacağını bilirik. Ancaq onlara qarşı emosional yüklər olmadan oynayacağıq”.
Avqustun 27-də, “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” matçına saat 21:00-da start veriləcək.