"Keşlə" ilə oyunda "Qarabağ"a kömək edə bilməyəcək
- 10 May 2021 12:12
- 846
"Qarabağ" ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Ağdam klubunun kolumbiyalı müdafiəçisi Kevin Medina cəzalı duruma düşüb.
O, Premyer Liqanın 26-cı turunda hazırda "Sabah"la keçirilən matçda sarı vərəqə alaraq limiti doldurub. Medina növbəti turda "Keşlə"yə qarşı matçı buraxacaq.
Qeyd edək ki, "Qarabağ" - "Keşlə" oyunu mayın 14-də keçiriləcək.