Premyer Liqanın ilk dövrəsini qeyri-sabit keçirən «Keşlə» transfer çalışmalarını sürətləndirib.

Rekord.az xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı iranlı hücumçu ilə danışıqlar aparır.

Hazırda qonşu ölkə çempionatında fasilədir. Bunu fürsət bilən paytaxt təmsilçisi qarşıdakı günlərdə bu işi bitirməyi planlaşdırır.

«Keşlə»nin maraq dairəsindəki legioner ötən sezon güclülər dəstəsində çıxış edib.