“Keşlə” karantin qaydalarını pozdu, saat 12-dən sonra restoranda kef məclisi qurdu FOTOLAR
- 25 May 2021 00:59
- 1183
“Keşlə” ölkə kubokundakı qələbəni qeyd etməyə yığışıb.
Rekord.az xəbər verir ki, klubun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov bu dəqiqələrdə şəhərdəki restoranların birində qonaqlıq təşkil edib.
Təbii ki, qələbəni qeyd etmək hər bir klubun haqqıdı. Amma gecə saatlarında restoran bağlatdırmaq, məclis təşkil etmək qadağandı. Nazirlər Kabinetinin qərarına görə Azərbaycanda karantin rejimi iyunun 1-dək qüvvədədi. Hazırda mayın 26-dı, deməli, qadağalar qüvvədədi. Saat 00.00-dan sonra kafe və restoranlar bağlanmalı, xidmət dayandırılmalıdı. Üstəlik, bu kimi məclislərin təşkilinə görə cərimələr, cəzalar nəzərdə tutulub.
Fotolardan da gördüyünüz kimi, “Keşlə”nin təşkil etdiyi məclisdə heç bir qadağaya əməl olunmur, futbolçular, klub üzvləri məsafə gözləmədən yanaşı əyləşiblər. Toy ab-havasında keçən məclislə bağlı müvafiq orqanların tədbir görəcəyinə ümid edirik. Axundovun “hörmət”inin qanunlardan üstün olmadığını görmək istəyirik.
P.S.: Yeri gəlmişkən, bu qonaqlığın təşkili üçün restorana öncədən sifariş vermək şərtdi. Deməli, “Keşlə” matçdan əvvəl kuboku qazanacağını bilirmiş, ona görə də məclis planlaşdırılıbmış. (futbolinfo.az)