"Keşlə" məşqçi axtarır
- 11 Yan 2020 12:00
- 1317
Biliyiniz kimi, oyun alqı-satqısında şübhəli bilinən "Keşlə"nin fiziki hazırlıq üzrə məşqçisi Mehman Babayev futboldan kənarlaşdırılıb.
Rekord.az xəbər verir ki, hazırda kluba fiziki hazırlıq üzrə məşqçi yeri boşdu.
"Keşlə" bu posta yeni namizəd axtarır. Namizədlər sırasında əcnəbilər də var.
Qeyd edək ki, Mehman Babayev hələ "Binə"də çalışarkən bu əməllə məşğul olurmuş və üstü bu yaxınlarda aparılan araşdırmalar nəticəsində açılıb.