“Keşlə” Namaşko ilə bağlı qərar verdi - RƏSMİ
- 04 İyl 2020 17:10
- 923
“Keşlə” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, paytaxt klubu qapıçısı Stanislav Namaşkonu da heyətində saxlamağa qərar verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirus pandemiyasına görə xeyli müddət idi vətəni Moldovaya yollanan 33 yaşlı futbolçu artıq Azərbaycana qayıdıb. O, “Keşlə” ilə yeni 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, 2014-2016-cı illər aralığında AZAL-da da oynamış Namaşko, “Keşlə”də ötən ilin yayından forma geyinir.
“Keşlə” daha öncə Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov, Miyuşko Boyoviç, Con Kamara, İlkin Qırtımov, və Rəşad Əzizli də müqavilənin müddətini uzatmışdı. Tural Axundov (“Neftçi”), Şəhriyar Əliyev (“Sumqayıt”) və Cavid İmamverdiyevi (“Sabah”) transfer edən paytaxt təmsilçisi Ruslan Qurbanov, Cabir Əmirli (“Neftçi”), Slavik Alxasov (“Sabah”), Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə yollarını ayırıb.