Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü tura start veriləcək.

Rekord.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.

Turun açılış matçında “Keşlə” və “Neftçi”nin əvəzedici komandaları üz-üzə gələcək. Peşəkar Futbol Liqası bu oyun üçün bütün təyinatları da açıqlayıb. Həmin təyinatları təqdim edirik:

Birinci Divizion
13-cü tur

16 fevral

“Keşlə-2” – “Neftçi-2”
Hakimlər: Rauf Allahverdiyev, Vüqar Bayramov, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASK Arena”, 14:00.