Dünən keçirilən "Keşlə" - "Neftçi" matçında ilkin protokolla bağlı yanlışlıq diqqətimizi çəkib.

 

Rekord.az xəbər verir ki, oyundan əvvəl jurnalistlərə təqdim olunan protokolda bəzi futbolçuların adları yox idi.

 

Məsələn, "Neftçi"dən Mustivarın, "Keşlə"dən isə Emin Mehtiyevin adı siyahıda yer almamışdı. Hansı ki, həmin futbolçulardan elə Mehtiyev oyunun gedişində meydançaya da çıxmışdı. Oyundan sonra məsələ ilə bağlı ev sahibi "Keşlə"dən münasibət öyrəndik. Klubun mətbuat katibi Murad Axundovun sözlərindən sonra məlum oldu ki, bu protokol rəsmi protokol olmayıb. Yəni PFL-in saytında gedən protokol deyil. Sadəcə, yerli komanda tərəfindən matçın startına az qalmış hazırlanan protokoldu və orda da yalnız hər komandadan 18 nəfərin adı yer alıb.