"Keşlə" Rail Məlikovun ardından daha bir veteran futbolçuya iş verəcək.

Rekord.az xəbər verir ki, söhbət Ruslan Əmircanovdan gedir.

"Keşlə"də demək olar ki, oynamaq şansı qazanmayan, daha çox ehtiyatda qalmaqla diqqət çəkən 35 yaşlı müdafiəçi mövsümün sonunda karyerasını başa vuracaq. Hazırda AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına qatılan Əmircanova da "Keşlə"nin futbol akademiyasında məşqçi işləmək təklif olunub və növbəti ildən böyük ehtimalla Ruslan da Raillə birgə "Keşlə"də məşqçi kimi çalışacaq.