Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Keşlə" karantin səbəbindən hazırlığı ölkə daxilində keçməyi düşünür.

Rekord.az-a daxil olan məlumata görə, Keşlə təmsilçisi hazırlıq üçün Qəbələni seçməyi düşünür.

Lakin bir məsələ var ki, Bakıdan rayonlara da gediş-gəliuş qadağası var. Bunun üçün dövlətdən xüsusi razılıq alınmalıdır. Hazırda rəhbərlik iyulun 5-i gözləyir. Çünki xüsusi karantinin müddəti həmin gün başa çatır. Sonra hansı qərar verilsə, ona uyğun addım atılacaq.