Ölkədə koronavirusa yoluxmanın get-gedə artması karantin qaydalarının daha da sərtləşdirilməsini yenidən gündəmə gətirib.

Rekord.az xəbər verir ki, son durum ölkə çempionatına da təsir etməkdədir.

Premyer Liqa klublarında yoluxmalar artığından bəzi oyunların vaxtları da dəyişdirilib. Hazırda bütün klublarda bu xətəlikdən əziyyət çəkən futbolçular var. Ən çox əziyyət çəkən klublar sıraslnda "Keşlə" ilə "Səbail" də var. "Keşlə"dən Vüsal İsgəndərli, Rəhman Hacıyev, Stanislav Namaşko, Şəhriyar Əliyev, "Səbail"dən isə Əfran İsmayılov, Vüqar Bəybalayev, Mirsayib Abbasov, Elgün Nəbiyev, Kamran Ağayev, Rauf Əliyev hazırda aktiv koronavirus xəstələridir. Nə məşqlərdə, nə də oyunlarda iştirak edirlər. Həftəsonu bu iki komanda 12-ci tur matçında üz-üzə gələcək. Oyun öncəsi hər iki komanda ciddi heyət problemi yaşayır. Hətta "Səbail"in baş məşqçisi Aftandil Hacıyev meydançaya buraxmağa oyunçu tapmayacağından qorxur. Əldə etdiyimiz son məlumata görə, hər iki klub öz aralarında danışıb oyunu təxirə saldırmaq istəyirlər. Sabah bu məsələ ilə bağlı PFL-lə məsləhətləşmələrin olacağı gözlənilir.